Huawei-dən flaqman Honor 8 Pro gəlir

Huawei-dən flaqman Honor 8 Pro gəlir
08:32 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Huawei-nin yeni flaqman cihazı MWC 2017-ci ildə təqdimata hazırlaşır.

Huawei, səs gətirəcək yeni bir cihaz ilə qarşımıza çıxmağa hazırlaşır. Hal-hazırda Honor 8 və Honor 8 Lite cihazlarını təqdim edən Huawei, bu iki cihaz da orta səviyyə cihaz istifadəçilərini hədəf almışdı.

Milli.Az technote.az-a istinadən bildirir ki, ancaq Huawei, MWC 2017-ci ildə səs salmağa qərarlıdır. Honor 8 ailəsinə yeni bir üzv daha qatacaq olan Huawei, bu dəfə flaqman cihaz istifadəçilərini hədəf alacaq. Bu məzmunda təqdim olunacaq cihaz isə Huawei 8 Pro-dur.

Əslində daha əvvəl təqdim olunan və bu ayın sonunda Çində satışa çıxacağı gözlənilən Huawei V9-un beynəlxalq versiyası olaraq qarşımıza çıxan Honor 8 Pro, buna baxmayaraq bəzi xüsusiyyətləri ilə V9-u geridə qoyur.

Huawei 8 Pro-nun xüsusiyyətləri bunlardır:

5.7-inç Quad HD(1440x2560 piksel) ekran

2.4GHz Kirin-960 prosessor

6GB RAM

128GB artırıla bilən yaddaş sahəsi

3900mAh batareya

12 meqapiksel arxa, 8 meqapiksel ön kamera

Barmaq izi oxuyucu sensor

Android 7.0 Nougat

MWC 2017-ci ildə təqdim olunacaq Honor 8 Pro-nun Mart ayında satışa çıxması gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/519103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR