Naxçıvan Ali Məclisinin beşinci sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin beşinci sessiyası çağırılıb
08:37 21 Fevral 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi beşinci sessiyanın çağırılması barədə qərar qəbul edib.

Milli.Az "Report"a istinadən bildirir ki, qərarda bildirilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası 2017-ci il fevral ayının 23-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin: 1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr 2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi 3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi.
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR