Təvəlla və təbərra nə deməkdir?

Təvəlla və təbərra nə deməkdir?
09:05 21 Fevral 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərəb dilindən tərcümədə təvəlla - dost­luq, təbərra isə üz çevirmək, rədd etmək mənasını verir. Bunlar müsəlman əxlaqının ən vacib xüsusiyyətləridir. Cəfəri məzhəbində təvəlla və təbər­ra fürui-dindən sayılır.

Milli.Az islam.az-a istinadən bildirir ki, təvəllanın mənası budur ki, müsəlman hər zaman Allahın sevdiyi insanları sevməli, Allahın mömin bəndələri ilə, haqqın tərəfdarları ilə dostluq və həmrəylik halında olmalıdır. Təbərra isə bu deməkdir ki, müsəlman həmişə Allahın düşmənləri ilə düşmənçilik etməli, Allahın sevmədiyi insanlardan üz çevirib uzaqlaşmalıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "İman zəncirinin ən möhkəm halqası - Allah naminə sevmək və Allah naminə düşmən­çilik etməkdir, Allahın dostları ilə dost ol­maq və Allahın düşmənlərindən kənar dur­maqdır".

Təvəlla və təbərra yalnız insanın öz müasir­lərinə münasibəti ilə məhdudlaşmır. Allah dostları həyatda olmasalar da, ruhları ehtiramla yad edilməli, əməlləri təq­dir olunmalı, sözləri mötəbər sayılmalıdır. Əksinə, din və əqidə düşmənlərinin həm ruhu, həm ideologiyası, həm də söz və əməlləri rədd edilməli, onların çirkin siması tanıtdırılmalıdır.

Təvəlla və təbərranı imkan dairəsində əməllə, bu mümkün olmadıqda dillə icra etmək lazımdır. Əgər şərait bunlara imkan verməsə, heç olmazsa, insan ürəyində yaxşı və pis adamlara öz münasibətini bildirməlıdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR