"Çelsi" portuqaliyalıya 80 milyon avro ödəməyə hazırdır

"Çelsi" portuqaliyalıya 80 milyon avro ödəməyə hazırdır
09:22 21 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

"Monako"nun yarımmüdafiəçisi Bernardu Silva tezliklə "Çelsi"yə transfer oluna bilər. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "Knyazlıq klubu"nun vitse-prezidenti Vadim Vasilyev məlumat verib: 

"Bəli, "Çelsi" Silva ilə maraqlanır. Amma portuqaliyalı futbolçunu digər klublar da heyətində görmək istəyir. Mövsüm başa çatdıqdan sonra mümkün transferlə bağlı danışmaq olar". 

"The Times"ın iddiasına görə, London klubu portuqaliyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, 22 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 25 oyunda 6 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR