Məhərrəm Əsədova prezidentin fərdi təqaüdü verilib

Məhərrəm Əsədova prezidentin fərdi təqaüdü verilib
09:42 21 Fevral 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev M.S.Əsədova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram: 

1. Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Məhərrəm Soltan oğlu Əsədova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR