Bakıda soyğunçuluq edən şəxs polisə və özünə bıçaqla xəsarət yetirib

Bakıda soyğunçuluq edən şəxs polisə və özünə bıçaqla xəsarət yetirib
09:47 21 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bakıda qadına qarşı soyğunçuluq edən şəxs polisə bıçaqla xəsarət yetirib.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Qara Qarayev prospekti 74 ünvanında 36 yaşlı Həsənquliyev Sərdar Ənvər oğlu qadının (hələlik adı açıqlanmır) əl çantasını zorla alıb qaçmaq istəyib. Qadının səsinə yaxınlıqda olan polis əməkdaşları gəlib. Polislər soyğunçuluq edən S.Həsənquliyevin arxası ilə qaçaraq onu tutublar. S.Həsənquliyev tutulan zaman bıçaqla əvvəlcə özünə xəsarət yetirib. Onun bu əməlinin qarşısını almaq istəyən polis əməkdaşının da əli kəsilib. S.Həsənquliyev xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri xəsarət alan polisə ilkin yardım göstəriblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Həsənquliyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-soygunculuq-eden-sexs-polise-ve-ozune-bicaqla-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR