Şəhidin dəfnindən sonra doğma və ögey anası arasında biabırçı mübahisə - FOTO

Şəhidin dəfnindən sonra doğma və ögey anası arasında biabırçı mübahisə - FOTO
10:05 21 Fevral 2017
258 Dünya
Ölkə mətbuatı
A- A+

Əl-Babda şəhid olan izmirli çavuş Ayhan Elmacının təzminatı və maaşı 3 yaşında ikən oğlunu tərk edən doğma anası, ögey anası və nənəsi arasında mübahisəyə səbəb olub.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, qanuna görə, şəhid haqları sənədlərdə onun anası olaraq qeydiyyatda olan ögey ana Zerrin Yılmaza çatıb. Bunu öyrənən doğma ana: "Ögey anası oğluma analıq etməyib. Haqq varsa, o da mənim haqqımdır", - deyərək məsələyə müdaxilə edib.

29 yaşlı şəhidin atası isə: "Pul doğma ananın haqqıdır", - deyə keçmiş arvadının tərəfini tutub. Ögey ana: "Oğlu şəhid olandan sonra övladı olduğu yadına düşüb", - deyərək doğma anaya sərt reaksiya verib. Bu əsnada daha bir şəxs pul uğrunda "mübarizə"yə qoşulub. Belə ki, çavuşun əsgərliyə gedənə qədər yanında qaldığı nənəsi bildirib ki, bütün pullar ona çatmalıdır: "Onun üzərində məndən başqa kimsənin haqqı yoxdur".

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR