İzdivac verilişindəki azərbaycanlı qızla oğlan REYTİNQ naminə bunu da etdi - VİDEO

İzdivac verilişindəki azərbaycanlı qızla oğlan  REYTİNQ naminə bunu da etdi - VİDEO
10:18 21 Fevral 2017
640 Şou
Ölkə mətbuatı
A- A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişindəki azərbaycanlı Naz Mila və Əli Əkbər adlı iştirakçıların münasibətləri yenidən gündəmə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Naz Mila Əli Əkbərdən yeni şans istəyib və onu hələ də unutmadığını etiraf edib. Naz Əlinin də ona qarşı biganə olmadığını, hətta, ona yaxın olmaq üçün eyni məhəllədən ev kirayələdiyini vurğulayıb.

Ə.Əkbər Nazın səmimiyyətinə inanmadığını və dəqiq qərar vermək üçün fikirləşmək istədiyini söyləyib.

Xatırladaq ki, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. Bundan başqa, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.

Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/188673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR