"Dəniz Yılmaz ona görə qovuldu ki..." - Klub prezidenti

"Dəniz Yılmaz ona görə qovuldu ki..."   - Klub prezidenti
10:27 21 Fevral 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Klub prezidenti Dəniz Yılmazın Superliqanın XXI turunda “Kayserispor”la səfər görüşündə qırmızı vərəqə almasını pisləməklə yanaşı, bu hərəkətinə biganə yanaşdığına görə sərt cəzaya məruz qaldığını bildirib: 

"Dəniz Yılmaz aldığı qırmızı vərəqəyə görə komandadan, texniki heyətdən və azarkeşlərdən üzr istəmədi. Buna görə də, heyətdən kənarlaşdırıldı. Sərcan Yıldırımın məsələsi ilə tamam fərqlidi. O, bizim övladımızdı. Sərcana sahib çıxmaq istədik, amma tənbəldi". Fanat.Az xəbər verir ki, bu sözləri “Bursaspor”un prezidenti Ali Ay deyib.

Dəniz Yılmaz "Kayserispor"la oyunda rəqibinə qarşı kobudluq edib və meydandan qovulub. Azarkeşlərin sərt etirazı ilə üzləşən millimizin üzvü Sərcan Yıldırımla birlikdə komandadan kənarlaşdırılıb.

Klub prezidenti yerli mətbuata açıqlamasında bu hadisədən sonra komandanın kapitanları ilə söhbətini ictimaiyyətə açıqlayıb: “Onlarla danışıq zamanı dövrələrarası fasilədə Antalyada yaxşı hazırlıq keçmədiklərini dedilər. Çox təəccübləndim. Bundan əlavə, Dəniz Yılmaz və Sərcan Yıldırımın komandadan kənarlaşdırılmasına görə məyus olduqlarını dilə gətirdilər. Əslində, bu sözləri xoşuma gəldi. Komanda yoldaşlarına sahib çıxmaqları sevindirici haldı”.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdniz-ylmaz-ona-gor-qovuldu-kiquot-t56420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR