Azərbaycan millisinin futbolçusu "Bursaspor"un əsas komandasından üzr istəmədiyi üçün kənarlaşdırılıb

Azərbaycan millisinin futbolçusu "Bursaspor"un əsas komandasından üzr istəmədiyi üçün kənarlaşdırılıb
10:42 21 Fevral 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılma səbəbi müəyyənləşib. "Report"un məlumatına görə, bu barədə klub prezidenti Ali Ay yerli telekanallardan birində açıqlama verib.
O bildirib ki, 29 yaşlı hücumçu "Kayserispor"la Super Liqa matçında qırmızı vərəqə aldıqdan sonra komanda yoldaşları, məşqçilər heyəti və "Bursaspor" cameəsindən üzr istəmədiyi üçün cəzalandırılıb. Klub prezidenti üzləşdikləri uğursuz nəticələrdən sonra komandanın kapitanları ilə söhbət etdiyini də söyləyib. A.Ayın sözlərinə görə, kapitanlar qış fasiləsində yaxşı hazırlıq keçmədiklərini bildirərək, Yılmazla Sercan Yıldırımın da heyətdən kənarlaşdırılmasına üzüldüklərini dilə gətiriblər: "Əslində bu, xoşuma gəldi. Onların komanda yoldaşlarına sahib çıxmaları kollektiv adına sevindiricidir".
Qeyd edək ki, Super Liqada 21 turdan sonra "Bursaspor" 28 xalla 9-cu pillədə qərarlaşıb. Deniz Yılmaz "Kayserispor"la oyunun 19-cu dəqiqəsində rəqib futbolçuya qarşı bilərəkdən kobud oyuna görə, birbaşa qırmızı vərəqə alıb. Azlıqda qalan "timsahlar" 0:2 hesabı ilə uduzublar.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-futbolcusu-bursaspor-un-esas-komandasindan-uzr-istemediyi-ucun-kenarlasdirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR