Atası qızını evə zəncirlədi, qız qaçdı, dəfələrlə zorlandı

Atası qızını evə zəncirlədi, qız qaçdı, dəfələrlə zorlandı
11:12 21 Fevral 2017
185 Maraqlı
Ölkə mətbuatı
A- A+

İzmirdə 22 yaşlı qızın başına gəlməyən bəla qalmayıb.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, İzmirdə valideynləri 22 yaşlı şizofreniya xəstəliyindən əziyyət çəkən qızı müalicə etmək əvəzinə, evə zəncirləyiblər.

Qız fürsət tapan kimi evdən qaçıb. Ailəsi bu barədə polisə xəbər verib. Evdən qaçan qız yolda əvvəlcə yük maşını sürücüsü ilə qarşılaşıb. Sürücü onu evə aparıb, təcavüz edib, sonra da başqa kişilərə satıb. Günlərcə təcavüzə məruz qalan qız sürücünün evdə olmamasından istifadə edərək pəncərəyə çıxaraq qışqırıb. Onun səsinə gələn qonşular qıza kömək edib, polisə xəbər veriblər. 

Polislər qızın ailəsinə xəbər verib, lakin onlara qaytarmayıblar. Çünki qızın qohumlarından biri qardaşına "namusumuz kirləndi" deyə xəbər göndərib. Qızın qardaşı isə bacısını öldürmək üçün İzmirə gəlib. Qızın atası oğluna qarşı çıxıb. Qız dövlət himayəsinə verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR