268 min dollarlıq maşın yolda alovlandı - FOTO

268 min dollarlıq maşın yolda alovlandı - FOTO
11:12 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İngiltərənin Linkoln şəhərinin yaxınlığındakı yolda dünyanın ən bahalı avtomobillərindən biri olan McLaren 650S Spider alışaraq yanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, avtomobilin qiyməti 268 min dollardır.

Avtomobilin sükanı arxasındakı gənc qadın maşından düşüb supermarketə yollanmışdı. O, marketdə olanda McLaren qəflətən alışıb.

Olayın fotolarını 59 yaşlı əri Con Hagenlə birlikdə restorana yollanan 45 yaşlı Bekki Hagen çəkib.

Polisdən verilən məlumata görə, yanğının səbəbi McLarenin mühərrikinin alışmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR