Deniz Yılmazın əsas heyətdən kənarlaşdırılma səbəbi müəyyənləşdi

Deniz Yılmazın əsas heyətdən kənarlaşdırılma səbəbi müəyyənləşdi
11:17 21 Fevral 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılma səbəbi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub prezidenti Ali Ay yerli telekanallardan birinə açıqlamasında bildirib ki, 29 yaşlı hücumçu "Kayserispor"la Super Liqa matçında qırmızı vərəqə aldıqdan sonra komanda yoldaşları, məşqçilər heyəti və "Bursaspor" cameəsindən üzr istəmədiyi üçün cəzalandırılıb.

Qeyd edək ki, Super Liqada 21 turdan sonra "Bursaspor" 28 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR