Terror aktları Parisdə turizmə nə qədər ziyan vurdu?

Terror aktları Parisdə turizmə nə qədər ziyan vurdu?
11:17 21 Fevral 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

2015-ci ilin noyabrındakı terror aktlarından sonra Fransanın paytaxtı Parisə turist axını 2016-cı ildə 1,5 milyon nəfər azalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, turist sayı Yaponiyadan 41,2 faiz, Rusiyadan 27,6 faiz, Çindən isə 21,5 faiz azalıb. Fransanın əsas ziyarətçiləri olan ABŞ səyahətçilərinin sayında isə 4,9 faiz azalma qeydə alınıb.

Ümumilikdə Parisdə turizm sahəsinə dəyən zərər 1,3 milyard avro qiymətləndirilir.

Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Parisdə və Sen-Denidə 130 nəfərin ölümü, 350 nəfərin yaralanması ilə nəticələnən silsilə terror aktları törədilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR