6 aylıq körpə anasının xərçəng xəstəsi olduğunu AŞKAR ETDİ - FOTO

6 aylıq körpə anasının xərçəng xəstəsi olduğunu AŞKAR ETDİ - FOTO
11:22 21 Fevral 2017
362 Dünya
Ölkə mətbuatı
A- A+

26 yaşlı Sara Boyl 6 aylıq körpəsi Teddinin döş xərçəngini diaqnoz etdiyini söyləyib.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, Sara oğlunun keçən yaza qədər problemsiz olaraq süd əmdiyini deyib. Ancaq Saranın söylədiyinə görə, Teddinin davranışları qəfil dəyişib və anasını itələməyə başlayıb.

Sara: "Çox hüzursuzlaşmağa başladı, hətta məni vururdu. 8 aylıq bir körpənin anasını itələməsi çox ürək ağrıdıcıdır", - deyib.

Bir neçə həftə ərzində oğluna fərqli tərəfdən süd əmizdirməyə çalışan ana daha sonra südünün fərqli dadacağını düşünüb.

Sara həkimə gedib və müayinədən sonra ona "döş xərçəngi" diaqnozu qoyulub.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR