Sevinc Fətəliyeva: "Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb"

Sevinc Fətəliyeva: "Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb"
11:32 21 Fevral 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan təkcə iqtisadi sahədə deyil, digər sferalarda da dünya üçün etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə siyasi sabitlik var, eyni zamanda, respublikada hər cür demokratik azadlıqlar bərqərar olub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dünyada insan hüquq və azadlıqlarına dair başlıca dəyərlər hesab olunan etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsin qanun qarşısında bərabərliyi, söz, mətbuat, vicdan azadlığı, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti institutlarının geniş şəbəkəsi artıq respublikamızda formalaşıb.

Onun sözlərinə görə, Azərbaycandakı demokratik inkişafı ölkə əhalisi ilə yanaşı, beynəlxalq ictimaiyyət də görür və dəyərləndirir:

"Bütövlükdə, Azərbaycan insan hüquq və azadlıqlarının təmin olunmasına, vətəndaşların informasiya əldə etmək və yaymaq imkanlarının sərbəstliyinə və genişliyinə görə hətta bir sıra dövlətlər üçün nümunə də ola bilər. Azərbaycanın demokratik inkişaf yolunda inamlı addımları ölkəmizin BMT, Avropa İttifaqı, Avropa Şurası, AŞ PA, ATƏT, YUNESKO və digər beynəlxalq təşkilatlarla möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına da imkan yaradıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə təsir göstərən amillər içərisində, heç şübhəsiz, respublikamızın demokratik azadlıqlar sahəsində əldə etdiyi nailiyyətlərin də böyük rolu olub. Beynəlxalq təşkilatlarla əlaqələr çərçivəsində müxtəlif dövlətlərin demokratiya institutları sahəsində təcrübəsindən yararlanan Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR