Komandamız Çempionlar Liqasında oyuna çıxır

Komandamız Çempionlar Liqasında oyuna çıxır
11:32 21 Fevral 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Telekom" klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, A qrupunun V tur matçında rəqib Polşa "Ximik"i olacaq.

Şçetsin şəhərindəki "Azotı Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Oyunu sloveniyalı Blaj Markel və isveçli Stefan Bernströmdən ibarət hakimlər dueti idarə edəcək.

4 turdan sonra "Ximik" A qrupunda 6 xalla 3-cü pillədədir. Hələ xal qazana bilməyən "Telekom" isə sonuncudur. Qrupun ilk iki pilləsində İtaliyanın "Modena" və "Konelyano" komandaları yer alıb. Onların müvafiq olaraq, 11 və 7 xalları var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR