"Kəpəz"in adına yaraşmayan yerdəyik"

"Kəpəz"in adına yaraşmayan yerdəyik"
11:37 21 Fevral 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Gözlənildiyi kimi oyun gərgin keçdi. Açığı, meydana 3 xal üçün çıxmışdıq. Uğursuz oyunlara son qoymaq istəyirdik”.


Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz”in futbolçusu Nicat Qurbanova klubun rəsmi saytına  deyib.


25 yaşlı hücumçu Topaz Premyer Liqasının XIX turu çərçivəsində "Neftçi” ilə səfər görüşü haqda danışarkən bildirib ki, 0:0 hesablı heç-heçə yaxşı nəticə sayılsa da, məqsəd qələbə qazanmaq olub: "Qalib qələbə bilməsək də, yaxşı oynayıb 1 xal qazandıq. Əsas olan budur. Baş məşqçimiz Şahin Diniyevin də vurğuladığı kimi komanda artıq öz oyununu tapıb. İnşallah, qarşıdakı matçlarda daha çox xal qazanacağıq”.


 "Neftçi” ilə oyundan bir gün öncə Qurbanov doğum gününü qeyd edib. Odur ki, 25 yaşını tamamlayan yarımmüdafiəçi meydanda ən fəallardan biri olub: "Düzdür, doğum günü mənim üçün əlavə motivasiya idi. Komanda qələbə üçün acdır. Neçə oyun idi ki, uduzurduq. Ona görə qələbə qazanmağa çalışırdıq. Düşdüyümüz vəziyyətdən çıxmaq istəyirdik. Görüşə istəkli çıxmışdıq, rəqibin də "Neftçi” olması həvəsimizi daha da artırmışdı. Meydanda əzmlə mübarizə apardıq. Özümü fərqləndirmək istəmirəm, komanda şəklində layiqli çıxış etdik. Boş qapıdan top çıxardığımız, qol vurmağa yaxın olduğumuz epizodlar oldu. Hücumameylli futbolçunun işi qol vurmağa çalışmaq, məhsuldar ötürmə verməkdir. Son zərbələr qeyri-dəqiq oldu. Əlimizdən gələni etdik. Qələbə qazana bilmədiyimiz üçün pis olduq, amma uduzmadığımız üçün də sevinməyə dəyərdi”.


O, növbəti turda qrşılaşacaqları "Qəbələ" ilə matçla bağlı fikirlərini bölüşüb: "Rəqibimiz olduqca güclü komandadır. Onlara qarşı motivasiyamız var. Özümüzü sübut etmək istəyirik ki, komandamız son pillərə layiq deyil. Klubun adına yaraşmayan yerdəyik. Azarkeşlərin üzünü güldürməyin vaxtıdır. Neçə oyundur ki, onları üzürük, odur ki, Gəncədə onları sevindirməyə çalışacağıq”. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-adna-yaramayan-yerdyikquot-t56423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR