Suriyada Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb

Suriyada Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb
11:42 21 Fevral 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 1 hərbçisi şəhid olub, 2-si yaralanıb.
“Report” DHA-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
İnformasiyaya əsasən, hadisə Əl-Babın mina və başqa partlayıcılardan təmizlənməsi zamanı baş verib. Məlumata görə, minaaxtaran qurğu əldə qayırma partlayıcının üzərindən keçirilərkən partlayış baş verib. Nəticədə Yavuz İşcan adlı gizir şəhid olub, iki hərbçi yaralanıb.
Yaralılar Türkiyənin Kilis dövlət xəstəxanasına yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/suriyada-turkiyenin-bir-herbcisi-sehid-olub-ikisi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR