Hicabdan imtina etdiyinə görə, dünya çempionunun başına OYUN AÇDILAR

Hicabdan imtina etdiyinə görə, dünya çempionunun başına OYUN AÇDILAR
11:48 21 Fevral 2017
240 Şou
Ölkə mətbuatı
A- A+

Dünya çempionu hicabdan imtina etdiyinə görə İran yığmasından çıxarılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı iran şahmatçısı Dorsa Derekşani Cəbəllütariqdə keçirilən turnirdə islam respublikasında qadınlar üçün məcburi olan qaydaları pozub. Belə ki, Derekşani yarışlarda hicab taxmadan iştirak edib.

Buna görə də şahmatçını İran yığmasının tərkibindən çıxarmağa qərar veriblər. Həmçinin onun 15 yaşlı qardaşı Borna Mirakşani də milli komandandan ömürlük kənarlaşdırılıb.

Qeyd edək ki, Derekşani Dorsa milli yığmada lider olub. Onun mükafatları siyahısında yeniyetmələr arasında dünya çempionatılığı da daxildir. Hazırda onların hər ikisi İspaniyada yaşayır. Və istisna deyil ki, onlar bu dövlətin vətəndaşlığını qəbul edəcəklər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/188692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR