Masazırda BAHALI AVTOMOBİL "əməliyyatı" - Bir gecədə "Camaro SSX" və "Range Rover"...

Masazırda BAHALI AVTOMOBİL "əməliyyatı" - Bir gecədə "Camaro SSX" və "Range Rover"...
11:52 21 Fevral 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 2-si gecə saatlarında Masazır qəsəbəsində "Neftçi" və Azərbaycan millisinin futbolçusu Rəhman Hacıyevin yaşadığı binanın qarşısındaca avtomobilindən oğurluq edilib.

Milli.Az xəbər verir ki, yarımmüdafiəçinin "Chevrolet Camaro SSX" idman avtomobilinin şüşəsini sındıran oğrular əllərinə bir şey keçmədiklərini görüncə, futbolçunun idman dəstini götürərək hadisə yerindən uzaqlaşıblar. 

Elə eyni ünvanda həmin gecə ikinci avtomobildə oğurluq hadisəsi baş verib. "Range Rover"dən də eyni qaydada oğurluğa cəhd edən şəxslərin məhz Rəhman Hacıyevin avtomobilinə daxil olan cinayətkarlar olduğu ehtimal edilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR