Bu futbolçu Avropa nəhənglərini "zibilə" salıb

Bu futbolçu Avropa nəhənglərini "zibilə" salıb
11:57 21 Fevral 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

"Seltik"in gənc ulduzu Mussa Dembele uğrunda mübarizə qızışır. Fanat.Az xəbər verir ki, 20 yaşlı hücumçu uğrunda mübarizəyə daha bir Avropa nəhəngi qoşulub.


"The Daily Mirror"ın xəbərinə görə, Mali əslli fransız futbolçunu "Real" da heyətinə qatmaq istəyir. "Kral Klubu" Dembele uğrunda yarışda "Bavariya", "Mançester Yunayted" və "Çelsi" ilə mübarizə aparır.


Qeyd edək ki, "Seltik" Dembeleni 2016-cı ildə "Fulhem"dən pulsuz transfer edib. Fransa U-21-nin üzvü cari mövsümdə Şotlandiya klubunun heyətində 41 rəsmi oyuna çıxıb və 27 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bu-futbolcu-avropa-nhnglrini-quotzibilquot-salb-t56425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR