"Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək"

"Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək"
12:05 21 Fevral 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Qafqaz Müsəlmanları İdarəsində "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!" adlı tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Paşazadə bildirib ki, biz Xocalı soyqırımını heç vaxt yaddan çıxara bilmərik:

"Həqiqət öz yerini tutacaq. Xocalı faciəsi Azərbaycanın qan yaddaşıdır. Ermənilər bizə qarşı apardıqları soyqırım nəticəsində çoxlu sayda şəhidlər vermişik. Bizi öldürməklə xalqımızı əymək olmaz. Haqq öz yerini tutacaq. Xocalı faciəsi 200 il əvvəl başlamışdı. Heydər Əliyev SSRİ siyasi bürosundan çıxarılandan sonra Azərbaycan xalqına qarşı soyqırım yenidən başlandı, torpaqlarımız işğal olundu. Bizim işimiz ondan ibarətdir ki, dünya ictimaiyyətinə ermənilərin xalqımıza qarşı apardığı təcavuzü, məscidlərimizi, mədəniyyət abidələrimizi dağıtdığı haqqında həqiqətləri çatdıraq. Soyqırım ilə bizim xalqımızı sındırmaq olmaz. Aprel döyüşləri, Cocuq Mərcanlının bərpası onu göstərir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız tez bir zamanda geri qaytarılacaq. Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar bir məscid tikiləcək".

A.Paşazadə bildirib ki, cümə günü Azərbaycanda bütün məscidlərdə Xocalı faciəsi ilə bağlı ehsanlar veriləcək, dualar ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR