İŞİD yeni taktikaya keçdi: səmadan bomba yağdırılır - FOTO

İŞİD yeni taktikaya keçdi: səmadan bomba yağdırılır - FOTO
12:12 21 Fevral 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraq və Suriyadakı savaşlarda uçan pilotsuz aparatlardan (dron) daha aktiv istifadə etməyə başlayıb.

Milli.Az bildirir ki, terrorçular bu gün 38 dəqiqəlik video yayaraq son 3 gündə dronlardan istifadənin statistikasını açıqlayıblar. Videoda bildirilir ki, son 72 saatda İŞİD-in dronlardan istifadəsinin nəticəsində 14 nəfər həlak olub, 25 nəfər yaralanıb, 14 nəqliyyat vasitəsi və 2 zirehli maşın məhv edilib.

İŞİD terrorçuları dronlara əldəqayırma bombalar bərkidərək PUA-ları səmaya qaldırır, sonra isə həmin bombanı "düşmən"in başına salırlar.

Terrorçular dronlardan bir qayda olaraq Suriya və İraq ordusunun nəqliyyat vasitələri ilə zirehli texnikasını sıradan çıxarmaq üçün istifadə edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR