Suşi haqqında bilmədikləriniz

Suşi haqqında bilmədikləriniz
12:18 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Səksəninci illərin əvvəlindən suşi inanılmaz populyarlıq əldə etdi. Hazırda demək olar ki, dünyanın bütün ölkələrində onları hazırlayırlar. Bu da təsadüfi deyil, axı suşi çox dalı olmaqla yanaşı, həm də az kalorili yemək növüdür.

Lakin suşi həvəskarlarını tez-tez onun sağlamlığa təsiri barədə məsələlər narahat edir. Məsələn, Suşi rolları orqanizmə ciddi zərər vura bilərmi? Yeganə problem suşinin tərkibinə daxil olan əsas ləvazimat - bişməmiş balıq növləridir. Çünki çiy balıqda bağırsaq qurdular ola bilər.

Publika.az suşi haqqında maraqlı faktları təqdim edir.

Tədqiqatlar bu faktı təsdiqləyir: həm balıqlarda, həm də dəniz məhsullarının 80-90 faizində yoluxucu helmintlər var. . Nə qurudulma, nə hisə də vermə balıq ətindəki bağırsaq qurdlarının yumurtalarını və ya sürfələri öldürmürlər.

Eyni zamanda yapon mətbəxində işləyən aşpazlar alimləri tədqiqatlarını təkzib etməyə hazırdır. Çiy balıq və digər dəniz məhsulları böyük həcmdə restoran və suşi-barlarda yalnız zəruri tədqiqatların aparılmasından sonra çıxarılır. Suşi ustaları deyirlər ki, hər bir məhsulun sertifikatı, baytarlıq arayışı, həmçinin digər sənədlər paketi olur.

Əslində isə adi sanitariya normalarına əməl edilmədiyi halda da helmintlərə yoluxma səbəbi ola bilər. Yapon aşpazları və həkimlər xəbərdarlıq edir ki, suşini sınanmış yerlərdə lazımdır. Xüsusilə yapon restoranları və iri şəbəkələrə üstünlük vermək daha yaxşıdır.

Xırda kafelər sanitariya nəzarəti olmayan daha ucuz məhsullar ala bilərlər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/metbex/188699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR