Türkiyəyə çamadanda adam keçirməyin qarşısı alınıb

Türkiyəyə çamadanda adam keçirməyin qarşısı alınıb
12:22 21 Fevral 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Türkiyə sərhədçiləri Gürcüstandan ölkə ərazisinə çamadanda adam keçirilməsi cəhdinin qarşısını alıblar.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, polislər əlində çamadan tutan kişidən şübhələniblər və ondan çamadanı açmasını istəyiblər. Çamadan açılandan sonra oradan bir qadın çıxıb.
Məlumata görə, araşdırma nəticəsində 28 yaşlı Gürcüstan vətəndaşının Türkiyədən deportasiya olunduğu və ölkə ərazisinə daxil olmasının qadağan edildiyi məlum olub.
Çamadanı keçirmək istəyən kişi tutulub.
Xəbərdə bildirilib ki, sərhəd məntəqəsində oxşar hadisə üç gün əvvəl də baş verib. O zaman da təhlükəsizlik xidmətinin əməkdaşları böyük çamadanda Türkiyə ərazisinə qanunsuz adam keçirilməsi cəhdinin qarşısını alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyeye-camadanda-adam-kecirmeyin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR