Araz Əlizadə onu tənqid edənləri təhqir etdi: “İt hürər, karvan keçər”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə onun Qafqaz İslam Ordusu və Nuru Paşa haqqında səsləndirdiyi fikirlərini təndiq edənlərə sərt cavab verib.

Millət vəkili Metbuat.az-a açıqlamasında bildirib ki, cəmiyyətdə belə fikirlərə dözümsüz yanaşma var:

“Açsınlar kranı, su içsinlər. Osmanlının bizə ən böyük “yardımı” Azərbaycan torpaqlarında erməni dövlətini yaratmaq olub. Bizim cəmiyyətdə bu cür fikirlərə dözümsüz yanaşma var. Onlar gedib tarixi mütaliə etmək əvəzinə sayta söyüşlər yazırlar. Bu, onların acizliyini göstərir. İt hürər, karvan keçər”.

Qeyd edək ki, Araz Əlizadənin sözügedən məsələ ilə bağlı dedikləri cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Onun müzakirə obyektinə çevrilən fikirləri isə bunlardır:

“Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın: Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR