MHP sədrindən Moskvaya SƏRT İTTİHAM

MHP sədrindən Moskvaya SƏRT İTTİHAM
12:33 21 Fevral 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiyanın PYD-yə (Türkiyə tərəfindən PKK terror təşkilatının Suriya qolu hesab edilir –red.) qucaq açması diqqətimizdən qaçmır. Rusiyanın Astana və Cenevrə proseslərinə zərər vermək üçün həvəsli olması bizim əleyhimizədir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Milli Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın qrup toplantısında deyib.

Suriyanın Rakka şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilməsi nəzərdə tutulan əməliyyata toxunan MHP sədri bildirib ki, Türkiyə heç bir halda YPG (PYD-nin silahlı gücləri - red.) ilə eyni xətdə ola bilməz:

“ABŞ YPG-nin şərqdən, Azad Suriya Ordusunun isə şimaldan cənuba irəliləməsini istəyir. Türkiyənin istənilən şərt altında YPG/PYD terror təşkilatı ilə eyni xətdə olması düşünülə bilməz”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR