AFFA "Qəbələ" və "Qarabağ" klublarını böyük məbləğdə cərimələyib

AFFA "Qəbələ" və "Qarabağ" klublarını böyük məbləğdə cərimələyib
12:37 21 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XIX turunun "Qəbələ" - "Qarabağ" matçında baş vermiş hüquqi pozuntularla bağlı qərarlar çıxarılıb.
Hər iki klub, azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hərəyə 800 manat, kənar əşyalar atıldığı üçün hərəyə 1600 manat cərimələnib. Bundan başqa “Qəbələ” klubu azarkeşlərinin təhqiredici pankartlar açması səbəbindən 4000 manat ziyana düşüb.
Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-qebele-ve-qarabag-klublarini-boyuk-meblegde-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR