"Ermənilər Xocalı ilə bağlı beynəlxalq təşkilatlarda bəhanə gətirə bilmirlər"

"Ermənilər Xocalı ilə bağlı beynəlxalq təşkilatlarda bəhanə gətirə bilmirlər"
12:37 21 Fevral 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənilər Xocalı ilə bağlı beynəlxalq təşkilatlarda bəhanə gətirə bilmirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!"" tədbirində deyib.

Komitə sədri bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım siyasəti 100 illər əvvələ gedir:

"Xocalı soyqırımı ermənilərin törətdiyi soyqırım cinayətidir. Soyqırım cinayəti törədənlər insanlıq əleyhinə cinayət törədənlər siyahısındadır. Bugünki Ermənistan adlanan ölkə rejiminin rəhbərliyində olanlar Xocalı soyqırımının törədilməsində birbaşa əli olan adamlardır və onlara qarşı beynəlxalq səviyyədə ciddi tədbirlər görülməlidir. Bu gün dünyanın onlarla ölkəsinin parlamentləri Xocalı soyqırımını soyqırım kimi tanıyıb, o cümlədən də İslam Əməkdaşlıq Təşkilatı. Bu gün bu istiqamətdə işlər davam etdirilir. Bu gün Heydər Əliyev Fondu bu istiqamətdə ciddi işlər görür. Xocalı soyqırımının dünyada tanıdılması üçün kitablar, filmlər hazırlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Xocalı faciəsinin soyqırım kimi tanıdılması üçün görülən işlər öz nəticəsini verir. Bu gün ermənilər Xocalı ilə bağlı beynəlxalq təşkilatlarda bəhanə gətirə bilmirlər, yalan danışa bilmirlər. Çünki dünya ictimaiyyəti artıq həqiqəti bilir. Aprel döyüşləri də göstərdi ki, biz hərbi baxımdan erməniləri xeyli üstələmişik və ermənilərin himayədarları olmasa, istənilən vaxt bu məsələni həll edərik. Cocuq Mərcanlıda abadlıq işləri görüləcək. Orada bir guşə yaradılmalıdır. Ermənilərin qadınlara, uşaqlara qarşı törətdikləri cinayətlər bir guşədə əks olunmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR