Azərbaycan vətəndaşının qanunsuz yolla ölkədən çıxarmaq istədiyi əntiq əşyalar saxlanılıb

Azərbaycan vətəndaşının qanunsuz yolla ölkədən çıxarmaq istədiyi əntiq əşyalar saxlanılıb
12:47 21 Fevral 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, idarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən “DAF” markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb.
Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib.
Həmin qutulara baxış nəticəsində isə külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasinin-qanunsuz-yolla-olkeden-cixarmaq-istediyi-entiq-esyalar-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR