Roma Papasının nümayəndəsi: "Xocalıda soyqırım törədənlər cəzalarını alacaqlar"

Roma Papasının nümayəndəsi: "Xocalıda soyqırım törədənlər cəzalarını alacaqlar"
12:52 21 Fevral 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xocalı soyqırımı bəşəriyyətə qarşı ən böyük ədalətsizlikdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Roma Papasının Bakıdakı nümayəndəsi Viladimir Fekete Qafqaz Müsəlmanları İdarəsində bu gün keçirilən "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!"" adlı tədbirdə deyib.

V.Fekete bildirib ki, Xocalıda insanlar soyqırıma məruz qalıb: "Xocalıda soyqırıma məruz qalan qurbanlar üçün daim dua edəcəyəm".

Papa nümayəndəsi bildirib ki, Xocalıda soyqırım törədənlər öz cəzalarını alacaqlar: "Böyük Yaradan mütləq onların cəzasını verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR