Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib
12:52 21 Fevral 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
“Report”un məlumatına görə, tədbirdə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə və digər dini konfessiya başçıları, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi iştirak edib.
QMİ sədri Allahşükür Paşazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov, deputatlar Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev və dini konfessiyaların nümayəndələri çıxış edərək Xocalıda baş verənləri insanlıq əleyhinə cinayət adlandırıblar. Onlar Azərbaycan torpaqlarının tezliklə erməni işğalından azad ediləcəyini bildiriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/qafqaz-muselmanlari-i-daresinde-xocali-soyqiriminin-25-ci-ildonumu-ile-bagli-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR