"Qəbələ" və "Qarabağ" cəzalandırıldı

"Qəbələ" və "Qarabağ" cəzalandırıldı
13:05 21 Fevral 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  toplantıda Azərbaycan Premyer Liqasının 19-cu turunun "Qəbələ" - "Qarabağ" matçında baş vermiş hüquqi pozuntularla bağlı qərarlar çıxarılıb. Hər iki klub, azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hərəyə 800 manat, kənar əşyalar atıldığı üçün hərəyə 1600 manat cərimələnib.

Bundan başqa "Qəbələ" azarkeşlərinin təhqiredici pankartlar açması səbəbindən 4000 manat ziyana düşüb.

Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR