Azərbaycanda uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası” hazırlanacaq

Azərbaycanda uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası” hazırlanacaq
13:07 21 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ "Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası” hazırlanacaq".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, "İslam Həmrəyliyi İli” ilə bağlı beynəlxalq və elmi-metodik konfransların, “dəyirmi masa”ların, silsilə tədbirlərin, müxtəlif bölgələrdə İslam həmrəyliyinə dair mühazirələrin təşkili, Azərbaycandakı İslam abidələrinin fotosərgisinin təşkili Dövlət Komitəsinin üzərinə düşən vəzifələrdəndir: "Tədbirlər Planına əsasən, il ərzində “Heydər Əliyev və İslam həmrəyliyi”, “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar”, “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq”, “İslam Həmrəyliyi İli - 2017” və s. mövzularda konfrans, tədbir və “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır. Adıçəkilən tədbirlər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, həmçinin digər dövlət qurumları ilə birgə həyata keçiriləcək".
Mübariz Qurbanlı deyib ki, dünyada, xüsusilə Qərbdə gündən-günə artan islamofobiya meyillərinin qarşısını almaq üçün İslam dinini olduğu kimi dünyaya çatdırmaq çox vacibdir: "İslam həmrəyliyi ənənələrinin inkişafı, möhkəmləndirilməsi üçün ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır. Bu baxımdan Dövlət Komitəsi maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq demək olar ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil etməyi planlaşdırır. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümlülüyün, dini icmaların fəaliyyətində həmrəyliyin gücləndirilməsi, ayrı-seçkilik hallarına yol verilməməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədini daşıyacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/din/azerbaycanda-usaq-ve-yeniyetmeler-ucun-i-slam-ensiklopediyasi-hazirlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR