Sənubər İsgəndərli: "17 ildir onu atmışam"

Sənubər İsgəndərli: "17 ildir onu atmışam"
13:12 21 Fevral 2017
525 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Sənubər İsgəndərli müğənnilikdən uzaqlaşmağının səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "5/5" verilişində bildirib ki, özünü bu sahədə peşəkar hesab etməyib:

"17 ildir oxumağı atmışam. Bu mənim öz qərarım idi. İnsan hansı sahədə peşəkardırsa, onu seçməlidir. Ətrafımdakılar müğənnilik etməyimə müsbət yanaşırdı, məni həvəsləndirirdilər. Bir işi yarımçıq etmək olmaz".

S.İsgəndərli 1995-ci ildə oxuduğu "Məhəbbət olmayanda" mahnısından danışıb:

"Bu mahnını kim istəsə sevə-sevə verərəm. Məndən sonra Aygün Kazımova oxudu, gözəl də alındı. Mənim kiçik səsim var. Dünya təcrübəsində də var ki, aktyorlar mahnı oxuyurlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/519713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR