Avropa Liqası: Formal və ölüm-qalım oyunları

Avropa Liqası: Formal və ölüm-qalım oyunları
13:17 21 Fevral 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu dəfə matçlar 2 günü əhatə edəcək.

İlk oyun günündə turnirin favoritləri arasında göstərilən "Mançester Yunayted" və "Şalke" formal xarakterli görüşə çıxacaqlar. Hər iki komanda növbəti mərhələ məsələsinin öhdəsindən ilk qarşılaşmadaca gəlib. Ancaq "Fənərbağça" - "Krasnodar" matçı böyük gərginlik vəd edir. Rusiyada 1 topla yenilən "Fənər" bunun əvəzini doğma meydanında çıxmağa çalışacaq.
 
Fevralın 23-də isə 13 görüş baş tutacaq. "Roma", "Beşiktaş", "Lion" və "Rostov"u da artıq 1/8 finalda hesab etmək olar. Adıçəkilən komandalar bir möcüzə baş verməsə, yollarına davam edəcək. Həmçinin, səfərdə minimal hesablı qələbəyə sevinən "Kopenhagen", "Fiorentina" və "Şaxtyor" da cavab oyunları öncəsi çox şanslıdır.
 
 
Avropa Liqası
1/16 final mərhləsi, cavab oyunları

 
22 fevral
21:00. "Fənərbağça" (Türkiyə) - "Krasnodar" (Rusiya)
Baş hakim: Pavel Raçkovski (Polşa)
İlk oyun - 0:1
 
21:00. "Şalke" (Almaniya) - PAOK (Yunanıstan)
Baş hakim: Luka Banti (İtaliya)
İlk oyun - 3:0
 
21:00. "Sent-Etyenn" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun - 0:3
 
23 fevral
20:00. "Osmanlıspor" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 0:0
 
22:00. "Ayaks" (Hollandiya) - "Legiya" (Polşa)
İlk oyun - 0:0
 
22:00. APOEL (Kipr) - "Atletik" (İspaniya)
İlk oyun - 2:3
 
22:00. "Roma" (İtaliya) - "Vilyarreal" (İspaniya)
İlk oyun - 4:0
 
22:00. "Beşiktaş" (Türkiyə) - "Hapoel" (Beer-Şeva, İsrail)
İlk oyun - 3:1
 
22:00. "Zenit" (Rusiya) - "Anderlext" (Belçika)
İlk oyun - 0:2
 
00:05. "Kopenhagen" (Danimarka) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 2:1
 
00:05. "Fiorentina" (İtaliya) - "Borussiya" (Mönhenqladbax, Almaniya)
İlk oyun - 1:0
 
00:05. "Genk" (Belçika) - "Astra" (Rumıniya)
İlk oyun - 2:2
 
00:05. "Lion" (Fransa) - "Alkmaar" (Hollandiya)
İlk oyun - 4:1
 
00:05. "Şaxtyor" (Ukrayna) - "Selta" (İspaniya)
İlk oyun - 1:0
 
00:05. "Sparta" (Çexiya) - "Rostov" (Rusiya)
İlk oyun - 0:4
 
00:05. "Tottenhem" (İngiltərə) - "Gent" (Belçika)
İlk oyun - 0:1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR