Ermənilər Ağdamda çobanları atəşə tutdular

Ermənilər Ağdamda çobanları atəşə tutdular
13:32 21 Fevral 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni silahlı qüvvələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.
 
Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/519737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR