İğdırda ölən 3 azərbaycanlının nəşi vətənə gətirildi

İğdırda ölən 3 azərbaycanlının nəşi vətənə gətirildi
13:37 21 Fevral 2017
286 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ötən gün Naxçıvan-İğdır avtomobil yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində həlak olan 3 Azərbaycan vətəndaşının nəşi vətənə göndərilib".

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.

"Üç azərbaycanlının meyidi vətənə göndərilib. Yüngül yaralanan şəxslərin bir hissəsi artıq Naxçıvana qayıdıb. Digərləri isə Türkiyədə müalicələrini davam etdirirlər. Qəzada xəsarət alan iki nəfərin vəziyyəti ağır-stabil olaraq qalır. Onlardan biri Ərzurumda, digər isə İğdırdadır. Hazırda yaralıların yanındayam".

Konsulun sözlərinə görə, qəza nəticəsində ölən və yaralanan azərbaycanlıların hamısının şəxsiyyəti müəyyənləşdirilib. 

Qeyd edək ki, ötən gün İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralılardan 26-sı Azərbaycan vətəndaşıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR