Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "öncədən ödəmə" sisteminin tətbiqinə başlayıb

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "öncədən ödəmə" sisteminin tətbiqinə başlayıb
13:42 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üçün “öncədən ödəmə” sisteminin tətbiqinə başlayıb.
BTRİB-dən "Report"a verilən xəbərə görə, “öncədən ödəmə” sistemi göstərilən xidmətlərə görə, sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını alacaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin edəcək. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya abunə haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.
Bu il martın 1-dən etibarən sabit (stasionar) telefon istifadəçiləri hər ayın 5-dək telefon borcunu öncədən ödəməli olacaqlar. Ödəniş edilmədiyi təqdirdə, ayın 6-dan etibarən 101, 102, 103 və 112 qısa nömrələrə zəng imkanı istisna olmaqla, xidmət birtərəfli qaydada dayandırılacaq və abunəçilər yalnız daxil olan zəngləri qəbul edə biləcəklər. Sonrakı bir ay ərzində borc ödənilmədiyi halda, abunəçiyə əlavə borc yazlmaması üçün telefon şəbəkədən çıxarılacaq.
Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində (borcun yaranmasından 4 ay) abunəçi iki ayın abunə və istifadə edilən xidmətlərin haqqını ödəyərək telefon xidmətini bərpa edə bilər. Əks halda, onunla bağlanan müqaviləyə xitam veriləcək. Əgər abunəçi telefon xidməti üçün müraciət edərsə, telefon çəkilişi tarifinə uyğun olaraq ödəniş (30 manat) etməli olacaq.
Müqaviləyə xitam verilməsindən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi əvvəlki nömrəsini əldə edə bilər. Beləliklə, BTRİB abunə haqqını ödəməyən abunəçiyə yarım il müddətində 2 aylıq abunə haqqını və istifadə etdiyi xidmətlərə görə ödəniş edərək telefondan yenidən istifadə imkanı yaradır.
Qeyd edək ki, BTRİB 2016-cı ilin noyabr ayından internet və İPTV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq edir. Telefon, internet və İPTV xidmətləri üzrə aylıq abunə haqlarını onlayn və ödəmə terminalları vasitəsi ilə ödəmək mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/baki-telefon-rabitesi-i-stehsalat-birliyi-onceden-odeme-sisteminin-tetbiqine-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR