Bakıda dönərxanada PARTLAYIŞ: 5 nəfər xəsarət aldı

Bakıda dönərxanada PARTLAYIŞ: 5 nəfər xəsarət aldı
13:48 21 Fevral 2017
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dönərxanada partlayış olub.

Hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü qadın, ikisi kişidir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR