Türkiyədəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib

Türkiyədəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib
14:02 21 Fevral 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul. 21 fevral. REPORT.AZ/ Türkiyənin İğdır vilayətindəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib. 
Bunu “Report”un Türkiyə bürosuna Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.
Onun sözlərinə görə, bu gün onların meyiti ailələrinə təhvil verilərək Azərbaycana yola salınıb: "Ümumilikdə qəza nəticəsində 8 nəfər ölüb, onlardan  5-i Türkiyə vətəndaşıdır. Ölənlərdən 3 nəfəri isə Səmayə Cəfərova, Süleyman Əliyev və Fərhad Fərhadlı Azərbaycan vətəndaşlarıdır".
Baş konsul deyib ki, hazırda iki yaralının vəziyyəti ağırdır: "Artıq xəsarət alanların əksəriyyəti evlərinə buraxılıb. Hazırda xəstəxanada 16-17 yaralı müalicə edilir".
Xatırladaq ki, fevralın 20-də Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər ölüb, 28  nəfər isə yaralanıb. Ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyedeki-qezada-olen-3-azerbaycanlinin-meyiti-vetene-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR