Deputat: "Ukrayna Xocalı faciəsinin təşkilatçılarının məsuliyyətə cəlb edilməsi ilə bağlı ədalətli tələbləri dəstəkləyir"

Deputat: "Ukrayna Xocalı faciəsinin təşkilatçılarının məsuliyyətə cəlb edilməsi ilə bağlı ədalətli tələbləri dəstəkləyir"
14:17 21 Fevral 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".
"Report" xəbər verir ki, bunu Ukrayna Ali Radasının Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.
"Ukrayna Prezidenti Petro Poroşenko 2016-cı ildə Bakıya səfəri zamanı bu münaqişədə status-kvonun qəbuledilməz olduğunu xüsusi vurğulayıb" - M.Kuryaçiy bildirib.
O, bu günlərdə Xocalı faciəsinin 25-ci ildönümünün tamam olacağını xatırladıb.
"Acınıza şəriyik və Xocalı faciəsinin təşkilatçılarının və icraçılarının məsuliyyətə cəlb edilməsi ilə bağlı ədalətli tələbləri dəstəkləyirik", - deputat söyləyib.
Onun sözlərinə görə, Qolodomor faciəsini, Stalin dövründəki kütləvi repressiyaları, nasist edamlarını, II Dünya müharibəsi zamanı deportasiya dalğasını yaşamış Ukrayna xalqı Azərbaycan xalqını anlayır və ağrısını özününkü kimi hiss edir.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/deputat-ukrayna-xocali-faciesinin-teskilatcilarinin-mesuliyyete-celb-edilmesiyle-bagli-edaletli-te

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR