Azərbaycan Prezidenti: "Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayıb"

Azərbaycan Prezidenti: "Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayıb"
14:22 21 Fevral 2017
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında fəal rol oynayıb". 
"Report" xəbər verir ki, bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Mehriban Əliyevanı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edən dövlət başçısı bildirib: "Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Bu partiya ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə çatır. Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Depuat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində böyük addımlar atıb".

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-mehriban-eliyeva-uzun-illerdir-ki-olkemizin-ictimai-siyasi-heyatinda-feal-r

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR