Erkən nikaha girən qadınlarda hamiləliyin yaratdığı fəsadlar açıqlanıb

Erkən nikaha girən qadınlarda hamiləliyin yaratdığı fəsadlar açıqlanıb
14:22 21 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova erkən nikah nəticəsində qadınlarda hamiləliyin fəsadlarından danışıb.

Milli.Az report-a istinadən xəbər verir ki, S.Məmədova son illər ölkədə erkən nikahların sayının azaldığını bildirib.
O buna səbəb kimi gənc Azərbaycan qızlarının oxumağı, karyera qurmağı üstün tutmalarını göstərib. 
Erkən nikahların sağlamlığa ziyanına gəlincə, mütəxəssis qeyd edib ki, gənc analar tez-tez hamiləliyin başa çatdırılmaması problemi ilə üzləşirlər: "Çünki gənc anaların bədənləri, qaraciyər, böyrək, qan-damar sistemləri mükəmməl olmadığı üçün onların hamiləliyinin qorunub saxlanılması və sona kimi çatmasında müəyyən problemlər müşahidə olunur".

S.Məmmədova əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdır: "Belə olanda gənc analar mövcud problemləri daha az yaşayırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR