Bakıda dönərxanada baş verən partlayış zamanı xəsarət alanlar xəstəxanadan evə buraxılıblar

Bakıda dönərxanada baş verən partlayış zamanı xəsarət alanlar xəstəxanadan evə buraxılıblar
14:27 21 Fevral 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bakıda dönərxanada baş verən partlayış zamanı xəsarət alanlar xəstəxanadan evə buraxılıblar.
"Report"un məlumatına görə, hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu gün günorta saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən dönərxanada partlayış baş verib. Nəticədə 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-donerxanada-bas-veren-partlayis-zamani-xesaret-alanlar-xestexanadan-eve-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR