Türkiyədəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib

Türkiyədəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib
14:28 21 Fevral 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin İğdır vilayətindəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib.

Bunu “Report”un Türkiyə bürosuna Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.

Onun sözlərinə görə, bu gün onların meyiti ailələrinə təhvil verilərək Azərbaycana yola salınıb: "Ümumilikdə qəza nəticəsində 8 nəfər ölüb, onlardan 5-i Türkiyə vətəndaşıdır. Ölənlərdən 3 nəfəri isə Səmayə Cəfərova, Süleyman Əliyev və Fərhad Fərhadlı Azərbaycan vətəndaşlarıdır".

Baş konsul deyib ki, hazırda iki yaralının vəziyyəti ağırdır: "Artıq xəsarət alanların əksəriyyəti evlərinə buraxılıb. Hazırda xəstəxanada 16-17 yaralı müalicə edilir".

Xatırladaq ki, fevralın 20-də Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR