Qazaxa yeni polis rəisi təyin edildi

Qazaxa yeni polis rəisi təyin edildi
14:29 21 Fevral 2017
372 Digər
Ölkə mətbuatı
A- A+

 

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən çıxarılıb. Nazirin digər bir əmri ilə Ə. Əliyev Qazax Rayon Polis Şöbəsinə rəis təyin olunub. Lent.az salamnews-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidməti faktı təsdiq edib.

 

Qeyd edək ki, polis polkovnik-leytenantı Ədalət Əliyev Bakının bir çox rayonlarında müxtəlif vəzifələrdə çalışıb. Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən əvvəl isə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR