O ölkədə aclıq elan edildi - İnsanlar bataqlıqdan nə tapsa yeyir...

2011-ci ildə müstəqilliyini elan edən Cənubi Sudanda təxminən 100 min adam aclıqdan, 5 milyona yaxın adam isə müxtəlif yoluxucu xəstəliklərdən əziyyət çəkir. 

Metbutaz.az xəbər verir ki, BMT-nin hesabatında Afrikanın şimalında yerləşən bu yeni dövlətdə 1 milyondan çox uşağın qida ilə təmin olunmasında yaranan çətinliyə və yoluxucu xəstəliklərin artmasına nəzər salınıb. Humanitar yardım təşkilatlarından birinə rəhbərlik edən Emma Ceyn Dru vəziyyətin kəskin xarakter aldığını bildirib:

"İnsanlar uçurumun kənarındadırlar. Bataqlıqda nə tapsalar onunla qidalanmağa məcburdurlar". 

Qeyd edək ki, ölkədə rəsmən aclıq elan edilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR