Azərbaycanlı müğənni qazsız qaldı - "Facebook"-da od püskürdü...

Sosial şəbəkələrdə aktiv olması ilə fərqlənən müğənni Nura Suri Xətai rayonunda qazın kəsilməsindən şikayət edib. 

Metbuat.az xəbər verir ki, ifaçı Novruzun ilk çərşənbəsində qazın kəsilməsinə fərqli münasibət göstərib: 

“Elə bilirsiniz bizim qazı kəsməyiblər? Xeyr, sadəcə bunun üçün bayram günlərini gözləyirdilər. Dünən hamı qazın olmamasından yazırdı, bu gün səhərdən bizdə də qaz yoxdur. Özümüzdə qaz olmaya-olmaya Bolqarıstana qaz bağışlayırlar. Hələ bir ara Afrikaya da bağışlamaq fikirləri var idi, bilmədim necə oldu!”. 

Rəvan Nasir / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR